“ŞAHİN” çoxməqsədli hava hədəf kompleksi
Kompleks tamamilə avtonom fəaliyyət göstərən hədəfdir, lakin daşınması və buraxılması üçün müxtəlif avtomobillərin bazalarında quraşdırıla bilər. Katapulta və yerüstü idarəetmə sistemindən ibarətdir. Hədəf startdan sonra verilən hündürlüyə qalxaraq horizontal müstəvidə verilən istiqamət və sürətlə üçüş və digər manevr imkanlarına malikdir. Uçuş trayektoriyası pilotaj rejimləri vasitəsilə əvvəlcədən proqramlaşdırma və idarə etmə üsulları ilə həyata keçirilir.


“ŞAHİN” çoxməqsədli hava hədəf kompleksi
Hava hədəf kompleksi olan “ŞAHİN” reaktiv yüksək sürətə və manevr qabiliyyətinə malik hədəfdir.
Hədəfdən Zenit raket artilleriya bölmələrinin kəşfiyyat imkanlarının yoxlanılması , döyüş, təlim döyüş və sınaq atışlarının keçirilməsi məqsədi ilə istifadə edilə bilər.
Döyüş işini aparmaq bacarığının yoxlanılması aşağıdakı imkanları yaradır:
-
Hava hədəfinin aşkar olunması, tutulması və izlənməsi;
-
Atış uzlaşmasının yoxlanlması;
-
Real hava hədəfləri üzrə məqbul təlim atışlarının keçirilməsi;
-
Heyət və tağımların normativləri və məqbul təlim atışlarını yerinə yetirərəkən fəaliyyətinin yoxlanlması.

