top of page
i.jpg

Haqqımızda

Strateji Elmi Tədqiqatlar Mərkəzi

Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) adından göründüyü kimi strateji əhəmiyyətli (hərbi və müdafiə xarakterli, eyni zamanda mülki təyinatlı) müxtəlif innovativ layihələrin  işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti sahələrdə tətbiqi üzrə ixtisaslaşmış  beyin Mərkəzidir.


9 ilə yaxın  fəaliyyət dövründə  SETM tərəfindən ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (innovativ layihələrin) yekun nümunələrinin - məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi”, radiokanal vasitəsilə “mina və digər artilleriya atımlarının məsafədən idarə  olunması  sistemi”, geniş təyinatlı “multirotor pilotsuz üçuş aparatları (PUA)” və s. hazır məhsulların aidiyyəti qurumlarla birgə test işləri həyata keçirilmiş, uğurlu nəticələr əldə edilərək müvafiq sınaq aktları imzalanmışdır. Eyni zamanda, bəzi hazır nümunələr Vətən Müharibəsi dövründə istifadə olunmuşdur. Qeyd olunanlarla bərabər hazırda müəssisəmizdə 20-yə yaxın tədqiqat konstruktor layihələri də icra edilməkdədir. 


SETM-in əksər əməkdaşları elmi tədqiqat işləri ilə məşğul olmaqla müxtəlif qrant layihələrinin (“Azərbaycan Elm Fondu” publik hüquqi şəxs (əvvəlki Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu), SOCAR və s. təşkilatlar, eyni zamanda, əcnəbi ölkələrin bəzi qrant layihələri) iştirakşısı olmuş və qalib gəlmişlər.


Hazırda SETM-in yüksək ixtisaslı peşəkar heyəti var. Əsas heyətdə uzun illər fundamental elmlə və tədqiqatlarla məşğul olan elmi işçilər fəaliyyət göstərir. Müxtəlif layihələrin istiqamətindən asılı olaraq, xidmət müqavilələri əsasında əlavə aidiyyəti mütəxəssislər işlərin icrasına cəlb edilir. 


SETM-in prioritet fəaliyyət istiqamətləri elektronika, avtomatlaşdırma, süni intellekt əsaslı idarəetmə sistemləri, proqram təminatı və yüksək texnologiyalar sahələrini əhatə edir.

Tariximiz

Mərkəz ilkin olaraq 2015-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı 1, 2 və 3 nömrəli elmi tədqiqat laboratoriyaları, həmçinin Təcrübi-konstruktor sektoru kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə sözügedən laboratoriyalar və həmin sektor AMEA-nın əsas binasının bir neçə elmi-tədqiqat laboratoriyasında, eyni zamanda, AMEA-nın Təcrübə-Sənaye Zavodunun ərazisində yerləşən bəzi istehsal və sənaye təyinatlı obyektlərdə (laboratoriyalarda) yerləşmişdir. 

Ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il  2425 nömrəli Sərəncamına əsasən  AMEA Yüksək Texnologiyalar Parkı  (AMEA YT Park) yaradılmışdır. Həmin vaxtdan başlayaraq İşlər idarəsinin strukturundakı 1, 2 və 3 nömrəli elmi tədqiqat laboratoriyaları, həmçinin Təcrübi-konstruktor sektoru AMEA-nın əsas binasında, eyni zamanda, AMEA YT Parkın ərazisində fəaliyyət göstərmişdir.

Strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli innovativ layihələrin həyata keçirilməsini daha da genişləndirmək və təkmilləşdirmək məqsədilə AMEA Rəyasət Heyətinin 11 iyul 2018-ci il tarixli 13/2 nömrəli qərarı ilə AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturundakı 1, 2 və 3 nömrəli elmi tədqiqat laboratoriyaları, həmçinin Təcrübi-konstruktor sektorunun bazasında AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) yaradılmışdır. SETM-in fəaliyyətinin təmin olunması məqsədilə AMEA Rəyasət Heyətinin 14 noyabr 2018-ci il tarixli 16/3 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.

2018-ci ildən başlayaraq tərkibindəki 5 elmi-tədqiqat laboratoriyası, eyni zamanda, elmi-tədqiqat laboratoriyalarının 3 sektoru ilə AMEA Rəyasət Heyəti aparatının nəzdində müstəqil struktur vahidi kimi SETM öz fəaliyyətini AMEA-nın əsas binasının bir neçə elmi-tədqiqat laboratoriyasında, eyni zamanda, AMEA YT Parkın ərazisindəki inzibati binalarda, istehsal və sənaye təyinatlı tikililərdə (laboratoriyalarda) uğurla davam etdirmişdir. Həmin dövrdə mövcud və perspektiv layihələrə aidiyyəti üzrə mütəxəssislər cəlb edilməklə strateji əhəmiyyətli (hərbi,müdafiə və mülki təyinatlı) müxtəlif innovativ layihələrin işlənilməsi və ya təkmilləşdirilməsi işləri səmərəli həyata keçirilmişdir. Həmçinin AMEA YT Parkın ərazisində SETM tərəfindən sözügedən istiqamətdə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı və sınaq laboratoriyalarını özündə birləşdirən sistem yaradılmışdır. 

2018-2019-cu illərdə SETM tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları və ölkə üzrə digər güc strukturları, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)  və s. ilə birgə hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (layihələrinin) hazırlanması, davam etdirilməsi, başa çatdırılması və yekun nümunənin aidiyyəti qurumlarla test (sınaq) işlərinin həyata keçirilməsi işlərini uğurla davam etdirilmişdir. Belə ki, hazır nümunələrin test nəticələrinə uyğun olaraq öz sinfində analoqları ilə müqayisədə qiymət baxımından sərfəli, həmçinin texniki göstəricilərinə görə uyğun olması barədə müvafiq qurumlar tərəfindən  müsbət rəylər bildirilmişdir.


AMEA YT Parkın (əvvəllər AMEA-nın Təcrübə-Sənaye Zavodunun) ərazisində fəaliyyət göstərdiyi ümumilikdə 5 ilə yaxın dövr ərzində (2015-2019-cu illər) SETM tərəfindən strateji əhəmiyyətli (hərbi,müdafiə və mülki təyinatlı) müxtəlif innovativ layihələrin son hazır məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi işləri fasiləsiz olaraq həyata keçirilmişdir. Eyni zamanda 2016-ci ildə yaradılmış YT Parkın fəaliyyətinin daha da genişləndirilməsi sahəsində SETM yaxından iştirak etmişdir. Belə ki, innovativ layihələrin (elmi tədqiqatların) və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin aidiyyəti sahələrdə tətbiqi (kommersiyalaşdırılması) istiqamətində AMEA YT Parkın rezidenti olmayan SETM-in xidmətləri danılmazdır.


2019-cu ilin dekabr ayında AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə SETM struktur vahidi olaraq ləğv edilmişdir.

2020-ci ildən SETM fəaliyyətini özəl qurum olaraq davam etdirmiş və 4 mart  2020-ci il tarixində “SETM” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dövlət qeydiyyatına alınmışdır.


Strateji əhəmiyyətli (hərbi və müdafiə xarakterli, eyni zamanda mülki təyinatlı) müxtəlif innovativ layihələrin həyata keçirilməsi sahəsində SETM-in 9 ilə yaxın təcrübəsi mövcuddur və bu fəaliyyətin daha da genişləndirməsi məqsədilə tərəfimizdən lazımi addımlar atılmaqdadır.

“Tərəqqi” medalı və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş,
AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin sabiq müavini (2019),
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tətbiqi Tədqiqatlar üzrə Elmi Şuranın sabiq üzvü (2019-2020),
“SETM” MMC-nin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov

SETM haqqında rəylər

bottom of page