top of page

ASELSAN: “Azərbaycan istehsalı olan bombalara tuşlama dəstlərimizin quraşdırılmasını təmin edəcəyik”

  • setm63
  • 3 окт. 2024 г.
  • 2 мин. чтения

“Tuşlama sistemlərimizdən biri olan lazer tuşlama dəstimizdən hazırda Azərbaycan Ordusunda da istifadə edilir. Bu dəst Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən istifadə edilir. Yaxın gələcəkdə Azərbaycanda birgə istehsal həyata keçirməyi planlaşdırırıq”.


“Azərbaycana istehsal qabiliyyəti gətirmək istəyirik. Bundan əlavə “Gözde” tuşlama dəstimiz var. Bu dəstdən Türkiyədə MK seriyası bombalarda istifadə edilir. Bu dəstlərimiz qeyd etdiyim bombaların üzərinə quraşdırılır. Burada, Azərbaycan istehsalı olan bombaların üzərinə tuşlama dəstlərimizin quraşdırılmasını təmin edəcəyik”.


ASELSAN-ın Baş direktor müavini Murat Karataşın müsahibəsini təqdim edirik:

- Cənab Murat Karataş, Sizi ölkəmizdə salamlamaqdan çox məmnunuq. ASELSAN sərgidə iştirakı ilə diqqət çəkən ən önəmli şirkətlərdən biridir. Bu il şirkətiniz sərgidə hansı məhsulları nümayiş etdirir?


- Bildiyiniz kimi, 1998-ci ildən etibarən Azərbaycandayıq. Şirkətimizin törəmə şirkəti olan “ASELSAN Bakı” Azərbaycanda fəaliyyət göstərir. Azərbaycana ilk girişimiz hərbi radiostansiyalar, rabitə sistemləri ilə bağlı olub. Hazırda hava platformalarına təmin etdiyimiz faydalı yüklər, tuşlama dəstləri, sərhəd təhlükəsizliyi həlləri ilə yer alırıq.Son dövrdə hava komanda-nəzarət sistemimiz “Hakim” layihəsini tamamladıq. Hazırda istifadəyə təhvil verilib və istifadə edilməyə davam edir. Bu sərgidə də xüsusilə yeni məhsullarımız olaraq ASELFLIR sistemlərimiz var. Bu sistemlərdən zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) üzərində istifadə edilir. ASELFLIR-500 və ASELFLIR-600 sistemlərimiz də var. Sərgidə eyni zamanda aşağı görünmə qabiliyyətinə malik təyyarələrdə istifadə edilən görüntüləmə sistemlərimiz “Toygun” və “Karat” sistemləri də var.Bu sistemlərin ASELFLIR sistemlərinin aşağı radara görünmə qabiliyyətinə malik versiyaları olduğunu deyə bilərik. Xüsusilə “Kızılelma” pilotsuz döyüş təyyarəsi və “Kaan” milli döyüş təyyarəsində istifadə ediləcək görüntüləmə sistemlərimiz də burada yer alır. Tuşlama sistemlərimizdən biri olan lazer tuşlama dəstimizdən hazırda Azərbaycan Ordusunda da istifadə edilir. Bu dəst Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən istifadə edilir. Yaxın gələcəkdə Azərbaycanda birgə istehsal həyata keçirməyi planlaşdırırıq.


Azərbaycana istehsal qabiliyyəti gətirmək istəyirik. Bundan əlavə “Gözde” tuşlama dəstimiz var. Bu dəstdən Türkiyədə MK seriyası bombalarda istifadə edilir. Bu dəstlərimiz qeyd etdiyim bombaların üzərinə quraşdırılır. Burada, Azərbaycan istehsalı olan bombaların üzərinə tuşlama dəstlərimizin quraşdırılmasını təmin edəcəyik.


- ASELSAN-ın İnsansız Dəniz Platforması (İDP), İnsansız Quru Platforması (İQP) və tank modernləşdirmə fəaliyyətləri ilə bağlı nə deyə bilərsiniz?


- Biz İDP mövzusunda müxtəlif platforma istehsalçıları, gəmiqayırma şirkətləri ilə əməkdaşlıq edirik. Burada bizim İDP-lərimizə ASELSAN faydalı yüklər təmin edir. ASELSAN, həmçinin İDP-lərin avtonomluğunu təmin edir. Bunların üzərində istifadə etdiyimiz radioelektron mübarizə silah sistemi, elektro-optik müşahidə, işarələmə və izləmə sistemləri ASELSAN tərəfindən istehsal edilir.Tank modernləşdirmə fəaliyyətində də müxtəlif platforma istehsalçıları ilə birlikdə işləyirik. Tank üzərində olan elektron vasitələr ASELSAN tərəfindən dizayn və istehsal edilir. Tuşlayıcı periskopu, komandir periskopu, atəşə nəzarət istemi və tank üzərində yerləşən digər avadanlıqlar ASELSAN tərəfindən istehsal edilir. “Akkor” və “Pulat” kimi aktiv mühafizə sistemləri də ASELSAN tərəfindən istehsal edilir.


- Belə bir xəbər yayıldı ki, Çili tanklarını modernləşdirmək üçün ASELSAN-a müraciət edib, lakin Almaniya buna icazə verməyib, mane olub. Bununla bağlı nə deyə bilərsiniz?


- Bu mövzu ilə bağlı məlumatım yoxdur.

- Sərgidə Azərbaycandan və digər ölkələrdən hansı müraciətlər var?


- Xüsusilə tuşlama dəstləri “Baykar” şirkətin istehsal etdiyi, Azərbaycan tərəfindən istifadə edilən zərbə PUA-larına və inventara yeni daxil olacaq zərbə PUA-larına inteqrasiya edilir. Məhsullarımızla Azərbaycan və digər ölkələr maraqlanır.


- Müsahibəyə görə, təşəkkür edirik.


- Diqqət və zaman ayırdığınıza görə mən təşəkkür edirəm.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page