top of page

Astanada keçirilən nüfuzlu olimpiadada azərbaycanlı məktəblilərə səkkiz medal təqdim olunub

  • setm63
  • 18 янв.
  • 1 мин. чтения

Azərbaycan məktəbliləri yanvarın 13-dən 17-dək Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər.


Olimpiadanın iki turunun yekunlarına görə, azərbaycanlı iştirakçılar bir qızıl və yeddi bürünc medal qazanıblar.

Olimpiadada ümumilikdə 15 ölkədən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilmiş məsələlər ixtisas siniflərinin proqramına uyğun olub.


Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.


Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərini təbliğ etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətləri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page