top of page

Azərbaycan alimləri Ukraynada keçirilən konfransda süni intellektin robotik texniki sistemlərdə tətbiqinə dair çıxış ediblər

  • setm63
  • 5 дек. 2024 г.
  • 1 мин. чтения

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları – Geoekologiya şöbəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev 7-9 noyabr 2024-cü ildə Ukraynanın Rivna şəhərində keçirilən “Modeling, control and information technology” VIІ Beynəlxalq elmi-praktiki konfransında onlayn iştirak ediblər.

Azərbaycan alimləri süni intellektin robotik texniki sistemlərdə tətbiqinə həsr olunmuş “The Unmanned Robotic Complex For The Small Arms Fire Evaluation” mövzusunda məruzə ilə çıxış ediblər.


Konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Su və Ətraf Mühit Mühəndisliyi Universiteti, Ukrayna Milli Kiyev Universiteti, Ukrayna Milli Texniki Universiteti nəzdində Kiyev Politexnik İnstitutu, Lvov Politexnik Milli Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının Pidstraçaq Mexanika və Riyaziyyatın Tətbiqi Problemləri İnstitutu, Ukrayna Ali Məktəb Elmlər Akademiyası, Kazimierz Wielki Universitetinin Mexanika və Tətbiqi Kompüter Elmləri İnstitutu (Bydqoş, Polşa), Lyublin Texnologiya Universiteti (Polşa), Vrotslav Elmlər və Texnologiyalar Universiteti (Polşa), Nyukasl Universiteti (Böyük Britaniya), Pavol Yozef Şafarik Universiteti (Koşitse, Slovakiya) və Praqa Çex Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunub.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page