top of page

Azərbaycan alimlərinin “Scopus” bazasında göstəriciləri artıb

  • setm63
  • 11 дек. 2024 г.
  • 1 мин. чтения

2024-cü ilin elmi statistikasına nəzər salsaq, Azərbaycan alimlərinin müxtəlif elmmetrik və rəqəmsal göstəricilərdə əhəmiyyətli irəliləyişlərə nail olduqları görünür. Bu baxımdan “Scopus” üzrə göstəriciləri xüsusi qeyd etmək olar. Elmi nəşrlərin istifadə trendlərində və bütün kateqoriyalarda artım müşahidə edilir.

Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) şöbə müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.


O bildirib ki, son üç ildə Azərbaycan alimlərinin elmi işlərinin sayı 3672-yə çatıb: “Dünyada ən çox istinad edilən TOP 10 göstəricisinə görə yerli elmi işlərin xüsusi çəkisi 1.8 faizdən 10.5 faizə qədər artıb. Bu, ötən illə müqayisədə əhəmiyyətli irəliləyişdir və ölkəmizin elmi potensialının yüksəlişini əks etdirir”.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page