top of page

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib

  • setm63
  • 9 апр.
  • 1 мин. чтения

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyiblər.

Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.

Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.

Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.

Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərin təkmilləşdirilməsidir.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page