top of page

BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb

  • setm63
  • 15 янв.
  • 1 мин. чтения

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.

Müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib.


Yarışda BANM-in “BHOS 1” və “BHOS 2” komandaları fərqlənmə sertifikatı və II dərəcəli diplomla təltif olunub. Fərdi nəticələrə görə, tələbələr - Saleh İsayev, Emin Orucov, Cəmil Camaləddinli, Murad Axundov, Vüsət Orucov və Fərid Mehtiyev mükafatlandırılıb. Tələbələrin mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page