top of page

BDU ilə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi məsələsi müzakirə olunub

  • setm63
  • 3 мар.
  • 1 мин. чтения

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb.


Görüşdə tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və sözügedən sahədə tədrisin və infrastrukturun inkişafı üçün birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Rektor Elçin Babayev qonaqlara universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Çinin nüfuzlu universitetləri və tədqiqat institutları ilə sıx əməkdaşlıq edir. Universitetin 12 beynəlxalq ikili diplom proqramından biri Çinin Anhui Universiteti ilə həyata keçirilir. Dövlət-universitet-sənaye konsepsiyasını uğurla həyata keçirən BDU beynəlxalq şirkətlərlə də əməkdaşlıqda maraqlıdır.

“Huawei” şirkətinin vitse-prezidenti Angela Lin şirkətin təhsil sahəsindəki təcrübəsini və resurslarını BDU ilə paylaşmağa hazır olduqlarını bildirib.


Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atmaq qərarına gəliblər. Belə ki, yaxın zamanda BDU-da İKT sahəsi üzrə bir qrup müəllim və tələbə süni intellekt, 5G sahələri üzrə təlimlərə cəlb ediləcək. BDU-da “İKT istedadları” adlı proqram fəaliyyətə başlayacaq.


Universitetlə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi, tədqiqat, tədris, bilik və təcrübə mübadiləsi sahələrində konkret addımları əks etdirən fəaliyyət planı təsdiqlənəcək.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page