top of page

BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

  • setm63
  • 24 дек. 2024 г.
  • 1 мин. чтения

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asan Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə ötən həftə BMU-da keçirilən görüş və müzakirələrdə iştirakdan, ali məktəbin müasir laboratoriyaları, Texnoparkı ilə tanışlıqdan, həmçinin göstərilən qonaqpərvərlikdən məmnun qaldığını bildirən Habip Asan universitetin akademik mühitinin, tələbələrin innovativ yanaşmalarının onda müsbət təəssürat yaratdığını qeyd edib.


“Tanış olduğum istedadlı gənc ixtiraçılar məni xüsusilə heyran etdi. Tələbələrin həvəsi, yaradıcılığı və işgüzar ruhu ondan xəbər verir ki, universitetlər innovatorların gələcək nəslinin yetişdirilməsində əsas rol oynayırlar. Əminəm ki, Bakı Mühəndislik Universiteti parlaq ağılların ortaya çıxması üçün təqdirəlayiq fəaliyyətində davam edəcək, Azərbaycan və ondan kənarda bilik ötürülməsini təşviq edərək, nəticədə davamlı inkişafın təminatına yardımçı olacaq” - deyə BMT rəsmisi məktubunda vurğulayıb.

Habip Asan daha sonra ÜƏMT-nin BMU-nun təşəbbüslərini Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq vasitəsilə dəstəkləməyə hazır olduğunu, eləcə də universitetlə konstruktiv dialoqun davamına inamını ifadə edib.


Qeyd edək ki, BMT rəsmisinin heyran qaldığı istedadlı gənc ixtiraçıların hazırladığı “Zəngəzur” pilotsuz uçuş aparatı Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) dəstəyi ilə hazırlanıb. PUA-nın hazırlanmasında Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin böyük dəstəyi olub.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page