top of page

BMU-nun 5 tələbəsi “Parla” təqaüd və inkişaf proqramının qalibi olub

  • setm63
  • 26 дек. 2024 г.
  • 1 мин. чтения

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Elm və Təhsil Nazirliyinin nəzdində Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının qalibi olublar.

Qızların şəxsi və peşəkar inkişafına yönələn proqrama ümumilikdə 791 namizəd müraciət edib. Seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız proqramın qalibi olub və onlardan 5-i BMU-nun tələbəsidir. Zərifə Əlili və Ləman Hüseynova “Kompüter mühəndisliyi” ixtisasının 3-cü kurs, Günay Əliyeva “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbələridir.


Aysel Məmmədova (İnformasiya texnologiyaları, 2-ci kurs) və Lalə Yaqubova (Elektrik və elektronika mühəndisliyi, 2-ci kurs) isə BMU ilə Koreya Respublikası arasında icra olunan beynəlxalq ikili diplom proqramı üzrə təhsil alır.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page