top of page

BMU professorunun müəllifi olduğu 3 faydalı model patent alıb

  • setm63
  • 11 февр.
  • 1 мин. чтения

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov müəllifi olduğu 3 faydalı modelə patent alıb.

ree

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi BMU professorunun hazırladığı “Geniş tezlik spektrli pilləli düzbucaqlı dalğaötürən qurğusu”na (F 2025 0006), “Geniş tezlik spektrli pilləli dairəvi dalğaötürən qurğusu”na (F 2025 0007), həmçinin “Radiodalğaötürənin elektromaqnit sahəsinin intensivliyini ölçən qurğu”ya (F 2025 0008) patent verib. Bu patentlər radiotexnikaya, o cümlədən ifrat yüksəktezlikli texnika və texnologiyaya aid olub telekommunikasiya, televiziya texnikası, radiolokasiya, radionaviqasiya, radioidarəetmə, rabitə və antena texnikasında siqnalları radioverici qurğudan antena qurğusuna ötürmək üçün antena-fider traktı kimi istifadə edilə bilər.


Radiodalğaötürənin elektromaqnit sahəsinin intensivliyini ölçən qurğu isə radiodalğaötürənlərin elektromaqnit sahəsinin intensivliyinin dəqiq ölçülməsi, antena qurğusunun istiqamətlənmə diaqramının və onun yan ləçəklərinin formasının daha dəqiq təyin edilməsinə imkan verir.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page