top of page

Dövlət Sərhəd Xidmətində Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

  • setm63
  • 21 окт. 2024 г.
  • 1 мин. чтения

Müstəqilliyin Bərpası Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Aparatında tədbir keçirilib.


Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş mərd oğul və qızların  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daha sonra dövlətçiliyimizin qorunmasında və gücləndirilməsində Dahi Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Zəfərdə hərbi qulluqçularımızın gücündən və xalqımızın birliyindən danışılıb.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət başçısının atdığı uğurlu addımlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə öz mövqeyini gücləndirdiyini, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm uğurlara imza atıldığını, əhalinin ümumi rifah səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi islahatların həyata keçirildiyini, sərhədlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində nailiyyətlər əldə olunduğunu xüsusi vurğulayıb.

Tədbirdə günün tarixi əhəmiyyətindən danışılıb, suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş ölkəmizin mühafizə və müdafiəsində müstəsna rolu olan sərhədçilərin Vətənə, xalqa və Ali Baş Komandana hər zaman sədaqətlə xidmət etdikləri, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün böyük fədakarlıq göstərdikləri qeyd edilib.


Sonda Müstəqilliyin Bərpası Gününə həsr edilmiş sənədli filmə baxılıb.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page