top of page

General-polkovnik Elçin Quliyev DSX Akademiyasında görülən işlərlə tanış olub

  • setm63
  • 21 нояб. 2024 г.
  • 1 мин. чтения

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir.


Noyabr ayının 20-də Dövlət Sərhəd Xidməti Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilib.

ree

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən Müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış “Dəmir yumruq” abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

ree

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabit kadrların hazırlanması və bu istiqamətdə tədris prosesinin səviyyəsinin yüksəldilməsi istiqamətində kursantların xüsusi qayğı ilə əhatə olunmasını, Akademiyanın şəxsi heyətinin üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etməsini və bundan qürur duymalarını xüsusi vurğulayıb.

ree

Tədbir zamanı istifadəyə verilmiş yeməkxana kompleksinə, əsaslı təmir olunmuş tədris korpuslarına və kursant yataqxanasına baxış keçirilib, xatirə fotoşəkilləri çəkdirilib.

ree

Sonda Dövlət Sərhəd Xidmətinin rəisi və rəhbər heyət kursantlarla nahar ediblər.

ree


 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page