HÜRJET-in ikinci prototipi ilk uçuşunu yaxın günlərdə yerinə yetirəcək
- setm63
- 28 окт. 2024 г.
- 1 мин. чтения
TUSAŞ tərəfindən hazırlanan HÜRJET təlim təyyarəsinin ikinci prototipinin oktyabrın 29-da ilk uçuşunu həyata keçirməsi gözlənilir.
İkinci prototipin ilk uçuşunu Ankara şəhərinin Kahramankazan bölgəsində etməsi planlaşdırılır.

Xatırladaq ki, HÜRJET təlim təyyarəsinin birinci prototipi ilk uçuşunu 2023-cü ilin aprel ayında həyata keçirib və həmin tarixdən indiyə kimi 100-dən çox uçuş sınağı yerinə yetirib.
HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.
