top of page

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub

  • setm63
  • 17 февр.
  • 1 мин. чтения

Türkiyənin Qazi Universitetinin professoru Mahir Dursun Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.


Görüşdə elmi araşdırmaların aktuallığı, müasir texnologiyaların mühəndislik sahəsinə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxış edərək universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, iki ali təhsil müəssisəsi arasında birgə elmi tədqiqatların aparılması, akademik heyətin mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarına toxunub.


Görüşdə professor Mahir Dursun süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, elmi tədqiqatlarda tətbiqi və müasir mühəndislik sahəsində rolu barədə ətraflı məlumat verib. O, bu sahədə aparılan beynəlxalq araşdırmaların mühəndislik elmlərinə təsirindən danışaraq, süni intellektin elmi innovasiyalara gətirdiyi yeniliklərə diqqət çəkib.


Bundan əlavə, professor Mahir Dursun “Scopus” bazasında məqalə çap etdirmə prosesi, beynəlxalq elmi jurnallara məqalə göndərmə qaydaları və akademik nəşrlərin keyfiyyət standartları haqqında nəzəri və praktik təcrübələrini bölüşüb.


Sonda müzakirələr aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page