top of page

“Oxbridge Academy”nin şagirdləri BMU və SETM-in dəstəyi ilə hazırlanan “Zəngəzur” PUA-sı ilə tanış olublar

  • setm63
  • 11 мар.
  • 1 мин. чтения

“Oxbridge Academy”nin 9-cu sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.


Əvvəlcə şagirdlərə universitetin strukturu, maddi-texniki bazası, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ümumi məlumat verilib. Sonra məktəblilər Biologiya və Kimya laboratoriyaları ilə yaxından tanış olub, müxtəlif kimyəvi analiz proseslərini izləyiblər.


BMU-nun Texnoparkına da baş çəkən məktəblilər tələbələrin innovativ layihələri ilə tanış olub və bir sıra startapların, xüsusən “Zəngəzur” Pilotsuz Uçuş Aparatının hazırlanması texnologiyası ilə maraqlanıblar.

Şagirdlər BMU ilə tanışlığın onlarda xoş təəssürat yaratdığını bildiriblər.


Qeyd edək ki, “Zəngəzur” pilotsuz uçuş aparatı Bakı Mühəndislik Universitetinin (BMU) və Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) dəstəyi ilə hazırlanıb. PUA-nın hazırlanmasında Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin böyük dəstəyi olub.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page