top of page

Qazaxıstanın “CodiPlay” startapı Azərbaycanda təqdim olunub

  • setm63
  • 3 дек. 2024 г.
  • 1 мин. чтения

Məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına yönəlmiş Qazaxıstanın “CodiPlay” startapı hazırda müxtəlif ölkələrdə 450-dən çox təhsil müəssisəsini əhatə edir.

“CodiPlay” layihəsinin təqdim olunduğu ölkələr sırasında Azərbaycan, Böyük Britaniya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Türkiyə də var.


Qazaxıstan məktəblərində texnologiyanın tətbiqi üzrə işlər aparılır. Bu ilin sonuna qədər Türküstan bölgəsində 10 təhsil təşkilatı “CodiPlay” ekosisteminə qoşulacaq, daha sonra 2025-ci ildə Aktobe və Qaraqanda vilayətləri də daxil olmaqla daha 60 müəssisəni ehtiva edəcək.


“CodiPlay” bütün dünyada uşaqlar arasında İT savadlılığını artırmaq üçün hərtərəfli həldir və onlara əyləncəli oyunlar vasitəsilə proqramlaşdırmanı öyrənməyə imkan verir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page