top of page

SETM rəhbərliyi dünya şöhrətli alim Lütfi Zadəyə həsr olunmuş tədbirdə iştirak ediblər

  • setm63
  • 4 дек. 2024 г.
  • 1 мин. чтения

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in Geoekologiya şöbəsinin müdiri, SETM-in direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov 17-19 sentyabr 2024-cü ildə Bakı şəhərində keçirilən və dünya şöhrətli Lütfi Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə 9-cu Ümumdünya Konfransında (WconSC-24) iştirak ediblər.

Onlar süni intellektin və robotik texniki sistemlərdə tədbiqinə həsr olunmuş “Application Fuzzy PID Controller In UAV” və “Software Of Artificial Intelligence Control System For UAV” məruzələr ilə çıxış ediblər.

Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti, Berkli Kaliforniya Universiteti (ABŞ) və EL Paso Texas Universiteti (ABŞ) tərəfindən təşkil olunub.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page