top of page

SİPER Blok-1 ZRS Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib

  • setm63
  • 29 окт. 2024 г.
  • 1 мин. чтения

SİPER Blok-1 (Ürün-1) zenit-raket sisteminin (ZRS) Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.


Bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

“Uzun mənzil və yüksək hündürlükdəki çəkindirici hava hücumundan müdafiə gücümüz olan SİPER Blok-1 sistemi şanlı ordumuzun ixtiyarında Göy Vətəninin qalxanı olacaq. Çox daha təkmil imkanlara sahib olacaq SİPER Blok-2 sistemi üçün inkişaf işləri davam edir”, – deyə paylaşımda bildirilib.


Qeyd edək ki, “Polad Günbəz” (“Çelik Kubbe”) konsepsiyasında yer alan SİPER ZRS Türkiyənin Müdafiə Sənayesi Başqanlığının koordinasiyası altında ASELSAN, “Roketsan” və TÜBİTAK SAGE tərəfindən birgə inkişaf etdirilib.


2018-ci ildə inkişaf etdirilməyə başlanan SİPER ZRS, “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir. O, uzun mənzil və yüksək hündürlükdəki hava hədəflərini – döyüş təyyarələrini, qanadlı raketləri, “hava-yer” tipli sursatları və s. zərərsizləşdirmək üçün nəzərdə tutulub.


SİPER ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page