top of page

Startap komandaları arasında intellektual yarış keçiriləcək

  • setm63
  • 11 окт. 2024 г.
  • 1 мин. чтения

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Green Talk” layihəsi çərçivəsində “Enterprise Azerbaijan” portalı və “SABAH HUB”ın əməkdaşlığı ilə  startap komandaları arasında intellektual yarış keçiriləcək. 

“Yaşıl texnologiyalar” mövzusunda baş tutacaq bilik yarışında ümumilikdə səkkiz komanda iştirak edəcək. Dörd komanda “Enterprise Azerbaijan” portalının “StartUp School 2-AI for Green Solidarity” layihəsinin “Kənd Təsərrüfatı” kateqoriyasında qalibləri olacaq. Digər dörd komandanı SABAH.HUB təyin edəcək. Qalib komandaya “Sigma Systems” şirkəti tərəfindən kompüter hədiyyə olunacaq. 


“Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunan tədbir 22 oktyabr tarixində baş tutacaq. 

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page