top of page

Strateji Elmi Tədqiqatlar Mərkəzinin dəstəyi ilə hazırlanan “Zəngəzur” PUA-sı “ADEX-2024” sərgisində nümayiş etdirilib

  • setm63
  • 28 сент. 2024 г.
  • 1 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) dəstəyi ilə Bakı Mühəndislik Universitetinin tələbələri və ekspertləri tərəfindən hazırlanan “Zəngəzur” pilotsuz uçuş aparatı “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilib.

PUA-nın hazırlanmasında SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin və Strateji Elmi Tədqiqatlar Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru Samir Süleymanovun böyük dəstəyi olub.

“Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir. PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.


Qeyd edək ki, “Zəngəzur” pilotsuz uçuş aparatını hazırlayan komanda “ADEX-2024”ün sertifikatına layiq görülüb.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page