Strateji Elmi Tədqiqatlar Mərkəzinin nümayəndələri Meksikada keçirilən konfransda çıxış ediblər
- setm63
- 4 дек. 2024 г.
- 1 мин. чтения
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - baş direktorun İnnovativ layihələr üzrə müavini, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayev, RSXM-in Kompleks tədqiqatların elmi araşdırılması şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov və RSXM-in Geoekologiya şöbəsinin müdiri, SETM-in direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov 14-18 oktyabr 2024-cü ildə Mexiko şəhərində (Meksika) keçirilən “The International Conference on Interactive Collaborative Robotics (ICR)” IX Beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak ediblər.

Onlar süni intellektin robotik texniki sistemlərdə tədbiqinə həsr olunmuş “The Robotic Control System of UAV Based on Artificial Intelligence Technologies” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfrans Meksika Milli Muxtar Universiteti və Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi tərəfindən təşkil olunub.
Konfransın materialları “Springer” nəşriyyatında çap edilib.