top of page

Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbərliyi “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub

  • setm63
  • 28 сент. 2024 г.
  • 1 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən və ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işlərinin (innovativ layihələrin) ideya müəllifi olan Əməkdar mühəndis Fətəli Abdullayev, SETM-in direktoru Samir Süleymanov və Mərkəzin kollektivi “Bakı Ekspo Mərkəzi”ndə “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub.

SETM rəhbərliyi Müdafiə Sənayesi Nazirliyinin, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, Müdafiə Nazirliyinin stendləri ilə tanış olub, bir sıra müzakirələr aparıblar.

Qeyd edək ki, Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) strateji əhəmiyyətli (hərbi və müdafiə xarakterli, eyni zamanda mülki təyinatlı) müxtəlif innovativ layihələrin  işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti sahələrdə tətbiqi üzrə ixtisaslaşmış  beyin Mərkəzidir.


9 ilə yaxın fəaliyyət dövründə SETM tərəfindən ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli - məsafədən idarə olunan xüsusi sərhəd mühafizə sistemi”, radiokanal vasitəsilə “mina və digər artilleriya atımlarının məsafədən idarə  olunması  sistemi”, geniş təyinatlı “multirotor pilotsuz üçuş aparatları (PUA)” və s. hazır məhsullar hazırlanaraq sınaqdan keçirilib. Eyni zamanda bəzi hazır nümunələr Vətən müharibəsi dövründə istifadə olunub.



Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page