top of page

Tələbər Elm və Təhsil Nazirliyinin “Code for Future” layihəsi üzrə proqramlaşdırma dillərini öyrənirlər

  • setm63
  • 29 янв.
  • 1 мин. чтения

Elm və Təhsil Nazirliyinin “Alqoritmika” Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Code for Future” layihəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024/2025-ci tədris ili üzrə payız semestri uğurla başa çatıb.

Semestr ərzində “İnformatika və onun tədrisi metodikası” və “Proqramlaşdırma dilləri: Python” istiqamətləri üzrə ümumilikdə 216 tələbə tədrisə cəlb olunub. Tələbələrdən 205-i kursu uğurla bitirib. Tədris müddətində tələbələrin orta davamiyyət göstəricisi 93,15 faiz, performans göstəricisi isə 80,13 faiz təşkil edib.


Layihə çərçivəsində semestr ərzində tələbələrin gələcək pedaqoji fəaliyyətinə faydalı təcrübə qatmaq və araşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə 2 ekskursiya, 1 müsabiqə və müxtəlif tədbirlər təşkil olunub. Təşkil olunan kursun effektivliyinin ölçülməsi və tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə tələbələr arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən iştirakçı tələbələrin 90 faizi müəllimlərin peşəkar və məlumatlı olduğunu, 86 faizi isə kurs materiallarının müasir və faydalı olduğunu qeyd edib.


Qeyd edək ki, “Code for Future” layihəsi çərçivəsində yaz semestrinin təşkili prosesinə artıq başlanılıb.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page