top of page

UNEC tələbələrinin komandası “TEKNOFEST 2024”ün qalibi oldu

  • setm63
  • 8 окт. 2024 г.
  • 1 мин. чтения

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “Versetech” komandası “TEKNOFEST 2024”ün Antalyada keçirilən final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə birinci yerə layiq görülüb.

Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində UNEC-in tələbəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif edilib.

Ümumilikdə 32 komandaya qarşı yarışan “Versetech” komandası “PsychoAI” layihəsi ilə 76.88 xal toplayaraq, 80.000 TL məbləğində birincilik mükafatını əldə edib.


Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEXNOFEST”də bu il 788 min 161 komandanın 1 milyon 630 milyon iştirakçısı ilə rekord say qeydə alınıb.


Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page