Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib
- setm63
- 1 день назад
- 1 мин. чтения
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib.

Nazir zavodun istehsal xətti və potensialı ilə yaxından tanış olub. V.Mustafayev şirkət rəsmiləri və müəssisədə çalışan yerli gənc mütəxəssislərlə görüşüb.
Müəssisənin fəaliyyətinə və gənclərə uğurlar arzulayıb, onlara Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib.
Sonda gənc mütəxəssislərlə xatirə şəkli çəkdirilib.