XƏBƏRLƏR

Yeniliklər 07 Aprel 2025, 13:05

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul üçün qeydiyyatdan keçmiş şagirdlər və onların valideynlərinin nəzərinə

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul üçün qeydiyyatdan keçmiş şagirdlər və onların valideynlərinin nəzərinə

Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 13-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, şagirdlər və ya onların valideynləri imtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir);

- imtahana buraxılış vәrәqәsini.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.