SETM və Seysmoloji Xidmət Mərkəzi palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlar aparır

SETM və Seysmoloji Xidmət Mərkəzi palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlar aparır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Strateji Elmi Tədqiqatlar Mərkəzi Azərbaycan ərazisində mövcud olan palçıq vulkanlarının öyrənilməsinə dair birgə tədqiqatlara başlayıb. Tədqiqatlar zamanı Strateji Elmi Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış mül ...
Abşeron Sənaye Parkında SETM-in yeni məhsullarının təqdimatı keçirilib

Abşeron Sənaye Parkında SETM-in yeni məhsullarının təqdimatı keçirilib

Abşeron Sənaye Parkında Strateji Elmi Tədqiqatlar Mərkəzinin son illərdə istehsala hazır olan hərbi, müdafiə və mülki xarakterli məhsullarının təqdimatı keçirilib. Müxtəlif sahələr üzrə iş adamlarının iştirak etdiyi mərasimdə təqdimatı SETM-in texniki direktoru Rzayev E ...
Professor Azad Bayramov “Fəxri Fərman”la təltif olunub

Professor Azad Bayramov “Fəxri Fərman”la təltif olunub

Aprelin 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib. İclasda Mərkəzin “Geofiziki tədqiqatlar və süni intellekt” şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov Elmi-tədqiqat fəaliyyətinin i ...
Kiçik silahlardan atəş üçün atıcılıq performansını qiymətləndirmək məqsədilə hazırlanmış pilotsuz robot kompleksi təqdim olunub

Kiçik silahlardan atəş üçün atıcılıq performansını qiymətləndirmək məqsədilə hazırlanmış pilotsuz robot kompleksi təqdim olunub

10-13 noyabr 2025-ci il tarixlərində Vyetnamın Xanoy şəhərində “10th International Conference on Interactive Collaborative Robotics-ICR 2025” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın əsas mövzuları “idarəetmədə süni intellekt texnologiyaları”, “robotote ...
Seysmik dalğaların yerin geofiziki parametrlərinə təsirinin öyrənilməsi üçün tədqiqatlar aparılır

Seysmik dalğaların yerin geofiziki parametrlərinə təsirinin öyrənilməsi üçün tədqiqatlar aparılır

  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları seysmik dalğaların yerin geofiziki parametrlərinə təsirinin öyrənilməsi üçün muxtar kompleksin yaradılması üzrə elmi-tədqiqat və təkmilləşdirmə işləri aparırlar. Bu tədqiq ...
SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sistemi “Sonsuz qardaşlıq – IV” təlimlərində istifadə edilib

SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sistemi “Sonsuz qardaşlıq – IV” təlimlərində istifadə edilib

  Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi keçirilir. Sentyabrın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış m ...
“Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

“Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun İnnovativ layihələr üzrə müavini, SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin müəllifi olduğu “Mina sahələrinin məsafədən idarəedilməsi” adlı dərs vəsaiti ...
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

  BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asan Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.   Azərbaycan Əqli Mü ...
SETM rəhbərliyi Milli Aerokosmik Agentliyin 50 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

SETM rəhbərliyi Milli Aerokosmik Agentliyin 50 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər

  11-12 dekabr 2024-cü il tarixlərində Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyinə həsr olunmuş “Kosmik tədqiqatlar və innovativ texnologiyalar” adlı elmi-texniki konfrans keçirilib.   Açılış mərasimində Milli Aerokosmik Agentliyinin baş direktoru professor ...
SETM-in rəhbərliyi Ukraynada keçirilən konfransa qoşulub

SETM-in rəhbərliyi Ukraynada keçirilən konfransa qoşulub

  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları – Geoekologiya şöbəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanov, RSXM-in Kompleks tədqiqatla ...

SETM HAQQINDA RƏYLƏR

akademik Akif Əlizadə

akademik Akif Əlizadə

Azərbaycan Respublikasının əməkdar elm xadimi , Azərbaycan Respublikasının Dövlət mükafatı, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuş, AMEA-nın sabiq prezidenti (2013–2019), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti

“AMEA Rəyasət Heyəti aparatı nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, SETM-də həyata keçirilən və təkmilləşdirilən ölkəmiz üçün aktual olan strateji əhəmiyyətli müxtəlif təyinatlı elmi-tədqiqat işləri (innovativ layihələr) AMEA-nın əvvəlki nüfuzunun geri qaytarılmasına öz töhfəsini verəcəkdir.”

general-polkovnik Elçin Quliyev

general-polkovnik Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, “Zəfər”, “Azərbaycan Bayrağı”, 1-ci dərəcəli "Rəşadət”, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, Vətən Müharibəsi Komandanlarından

“Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyi bir şəraitdə DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiyyət verilir. Bu baxımdan SETM-lə birgə fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə inamımız olduqca böyükdür.”

akademik İbrahim Quliyev

akademik İbrahim Quliyev

Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı və “Şöhrət” ordeni ilə təltif olunmuş, AMEA-nın Neft və Qaz İnstitutunun sabiq direktoru (2016-2020), AMEA-nın vitse-prezidenti

“SETM əməkdaşlarına göstərilmiş etimad özunu döğrultmaqdadır. Belə ki, stateji və aktuallığı baxımından həyata keçirilən elmi-tədqiqat işləri üzrə mövcud layihələrin genişləndirilməsi və inkişaf etdirilməsi SETM tərəfindən uğurla davam etdirilməkdədir. AMEA olaraq perspektivdə daha yeni layihələrə imza atmağı planlaşdırırıq. Eyni zamanda SETM-in elmin kommersiyalaşması sahəsində uğurlu fəaliyyəti digər bu kimi elmi-tədqiqat mərkəzləri üçün böyük bir təcrübədir.”

akademik Telman Əliyev

akademik Telman Əliyev

Azərbaycan Respublikasının əməkdar elm xadimi , “Şöhrət” ordenli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (AMEA-nın Kibernetika institututu) sabiq direktoru (1988-2020), AMEA-nın müşaviri

“Hərbi və mülki təyinatlı innovativ layihələrdə SETM-in əməkdaşları tərəfindən idarəetmə sistemlərinin səmərli tətbiqi nəticəsində nümunəvi bir iş ortaya qoymuşdur. Bu baxımdan SETM-in fəaliyyətinin genişləndirilməsi ölkəmizin müdafiə-sənaye kompleksinin inkişafına AMEA-nın dəstəyi kimi qiymətləndirilə bilər.”

general-leytenant Ənvər Əfəndiyev

general-leytenant Ənvər Əfəndiyev

Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini - Quru Qoşunlarının keçmiş komandanı (2021–2024), “Qarabağ” ordenli, 1-ci Qarabağ müharibəsi və Vətən Müharibəsinin Komandanlarından

“Fəaliyyəti dövründə SETM bir sıra yenilikçi innovativ həllər təqdim etmiş bir qurumdur. Ölkəmiz üçün hərbi – müdafiə və mülki təyinatlı strateji layihələrin aktuallığını nəzərə alaraq SETM-in bu istiqamətdə reallaşdırdığı layihələr olduqca təqdirəlayiqdir.”

general-leytenant İlham Mehdiyev

general-leytenant İlham Mehdiyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı

“SETM-in fəaliyyət istiqamətləri və təqdim etdiyi layihələr ölkəmiz üçün strateji önəmə malikdir.”

general-leytenant Mais Bərxudarov

general-leytenant Mais Bərxudarov

“Qarabağ”, "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli “Rəşadət” ordenli, 2016-cı ilin Aprel döyüşləri və Vətən Müharibəsinin Komandanlarından

“SETM-də həyata keçirilən strateji layihələrin bəzilərinin son hazır nümunələri (hərbi məmulatlar) real döyüş şəraitində, konkret Vətən Müharibəsi zamanı istifadə edilmişdir. Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində SETM-in hərbi məmulatlarının istifadəsi zamanı SETM əməkdaşları əsl vətənpərvər kimi misilsiz xidmətlər göstərmişlər. SETM-in hərbi məmulatlarının qarşıya qoyulmuş tələblərə tam cavab verməsinin və texniki parametrlərinə görə real döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilməsinin şahidi olmuşuq.”

general - leytenant Heydər Piriyev

general - leytenant Heydər Piriyev

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin sabiq rektoru (2022-2024), "Azərbaycan Bayrağı" ordenli, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı

“SETM-in ölkəmizin hərbi texnologiyalar sahəsində inkişafına təkan verəcək qurumlardan biri olacağına inanırıq.”

general-mayor Arif Həsənov

general-mayor Arif Həsənov

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru

“Vətən Müharibəsi zamanı SETM əməkdaşları Cəbrayıl, Qubadlı və Laçın istiqamətində real döyüş şəraitində bəzi elmi-tədqiqat işlərinin (layihələrinin) son hazır nümunələrinin tətbiqi zamanı fədəkarcasına yaxından iştirak etmişlər. Bu isə öz növbəsində onların bu sahədə təcrübələrini daha da artırmaqla cari və perspektiv strateji layihələrin daha da inkişaf etdirilməsinə şərait yaratmış oldu. Bu baxımdan hesab edirəm ki, SETM əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumatlar hərbi təyinatlı ali və orta ixtisas məktəblərində tədris olunmaq üçün aidiyyəti üzrə müvafiq dərsliklərə salınmalıdır. Hətta kursantlar üçün ayrıca dərs vəsaiti kimi çap olunmasını tövsiyyə edərdim.”

professor Əminağa Sadıqov

professor Əminağa Sadıqov

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın sabiq akademik-katibi (2019-2020), AMEA-nın müxbir üzvü

“SETM-ə cəlb olunmuş gənc mütəxəssislər tərəfindən həyata keçirilən elmi-tədqiqat işlərinin (innovativ layihələrin) uğurlu nəticələri sayəsində AMEA-nın sözügedən istiqamətdə tərəfdaşlıq əlaqələri genişlənməkdədir. Bu isə öz növbəsində gənclərin elmə olan marağının artmasını stimullaşdırır.”

general-mayor Ağamir Sultanov

general-mayor Ağamir Sultanov

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, “Zəfər” və "Azərbaycan Bayrağı” ordenli, 1-ci Qarabağ müharibəsi və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı, Vətən Müharibəsinin Komandanlarından

“Həyata keçirdiyi və daim təkmilləşdirdiyi cari, eyni zamanda perspektiv layihələri ilə SETM-in yaxın gələcəkdə strateji əhəmiyyətli (hərbi və mülki təyinatlı) qabaqcıl texnologiya istehsalçılarından biri olacağına inanırıq.”

general-mayor Aqşin Məhərrəmov

general-mayor Aqşin Məhərrəmov

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı, “Zəfər”, "Azərbaycan Bayrağı", 2-ci dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Rəşadət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli, Vətən Müharibəsinin Komandanlarından

“SETM-də həyata keçirilən strateji əhəmiyyətli hərbi və müdafiə təyinatlı bir neçə innovativ layihələrin (elmi-tədqiqat işlərinin) son hazır məhsulları olan müxtəlif təyinatlı kvadrokopterlər (dronlar) və pilotsuz uçuş aparatları (PUA-lar) üstün texniki göstəriciləri ilə böyük potensiala malikdir”

general-mayor Anar Kərimov

general-mayor Anar Kərimov

Azərbaycan Respublikasının müstəqillik tarixində ilk Mühəndis Qoşunları generalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, “Zəfər” və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli, 1-ci Qarabağ və Vətən Müharibəsi iştirakçısı

“Ölkəmizin hərbi müdafiə sənayesinin inkişafı üçün innovativ və effektiv mühəndis həlləri təqdim etmək təcrübəsi olan SETM kimi mühəndislik – texnologiya şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsinə dəstək verilməsi zəruridir”

riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev

riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) rəhbərinin sabiq müavini (2019), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (AMEA-nın Kibernetika institututu) laboratoriya müdiri

“Hazırda innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin aidiyyəti üzrə müxtəlif sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastruktur və maddi-texniki bazanın yaradılması SETM üçün prioritet məsələdir. Bu baxımdan SETM elmi yanaşma ilə biznesin real problemlərinin həllində uğurlu fəaliyyət və tərəfdaşlıq nümayiş etdirməkdə olduqca maraqlıdır.”

siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev

siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev

Əməkdar mühəndis, AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin sabiq müdiri (2013-2020), AMEA Rəyasət Heyəti aparatının nəzdində Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) sabiq rəhbəri (2018-2019), Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tətbiqi Tədqiqatlar üzrə Elmi Şuranın sabiq sədri (2019-2020), AMEA Yüksək Texnologiyalar Parkı Müşahidə Şurasının sabiq üzvü (2017-2020), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktorunun İnnovativ layihələr üzrə müavini.

“Hazırda SETM-in uzun illər fundamental elmlə və tədqiqatlarla məşğul olan yüksək ixtisaslı peşəkar heyəti tərəfindən 20-dən çox strateji əhəmiyyətli (hərbi, müdafiə, mülki təyinatlı) innovativ layihələrin icrası və ya təkmilləşdirilməsi işləri uğurla davam etdirilməkdədir. Cari layihələrin bir neçə yekun nümunəsinin aidiyyəti qurumlarla birgə test-sınaq işləri həyata keçirilmiş və uğurlu nəticələr əldə edilərək müvafiq sınaq aktları imzalanmışdır. Eyni zamanda, bəzi hazır nümunələr Vətən Müharibəsi dövründə Cəbrayıl, Qubadlı və Laçın istiqamətində real döyüş şəraitində istifadə olunmuşdur. Strateji əhəmiyyətli innovativ layihələrin həyata keçirilməsi sahəsində SETM-in 9 ilə yaxın təcrübəsi mövcuddur və bu fəaliyyətin daha da genişləndirməsi məqsədilə SETM rəhbərliyi tərəfindən lazımi addımlar atılmaqdadır”

FƏALİYYƏT SAHƏLƏRİ

MƏHSULLAR

XƏBƏRLƏR

TƏRƏFDAŞ QURUMLAR

İNNOVATİV TEXNOLOGİYALARDAN HƏRBİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏNİN ÜSTÜNLÜKLƏRİ

Hazırlıq vaxtının azaldılması

Hazırlıq vaxtının azaldılması

İnnovativ texnologiyalardan istifadə bizə hərbi şəraitdə çox vacib olan sifarişlərin yerinə yetirilməsi üçün tələb olunan vaxtı azaltmağa imkan verir.

Əməliyyat səmərəliliyinin artırılması

Əməliyyat səmərəliliyinin artırılması

İnnovativ texnologiyalar təkmilləşdirilmiş dəqiqliyi təmin etməyə və daha dəqiq qərarlar qəbul etməyə kömək edir.

Hərbi qulluqçuların təhlükəsizliyi

Hərbi qulluqçuların təhlükəsizliyi

Avadanlıqların və hərbi personalın mühafizəsi və qorunması üçün innovativ texnologiyalardan istifadə edilir.