Abşeron Sənaye Parkında Strateji Elmi Tədqiqatlar Mərkəzinin son illərdə istehsala hazır olan hərbi, müdafiə və mülki xarakterli məhsullarının təqdimatı keçirilib.
Müxtəlif sahələr üzrə iş adamlarının iştirak etdiyi mərasimdə təqdimatı SETM-in texniki direktoru Rzayev Eldar Əbdülməcid oğlu həyata keçirib. O, çıxışında görülən işlər, həyata keçirilən innovativ layihələr, əldə olunan nəticələr və gələcək planlar barədə ətraflı məlumat verib.
SETM rəsmisinin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə iştirak edən iş adamları təqdim olunan layihələrə böyük maraq göstəriblər. Çıxış edənlər bu istiqamətdə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirdiklərini və gələcək əməkdaşlıq perspektivlərini dilə gətiriblər.