XƏBƏRLƏR

SETM 02 Noyabr 2026, 14:13

SETM-in əməkdaşı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

SETM-in əməkdaşı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) tərəfindən Türkiyənin İzmir şəhərində 13-cü Beynəlxalq Egey Texnologiya və Mühəndislik Elmləri Kongresi (13th International Aegean Congress on Technology and Engineering Sciences) təşkil olunub.

26-27 oktyabr 2026-cı il tarixlərində baş tutan nüfuzlu tədbirdə elmi tədqiqat töhfələrinə və şifahi/texniki təqdimatına görə, Təşkilat Komitəsinin sədri Dos. Dr. Mehmet Emin Kalgın tərəfindən Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov sertifikatla təltif edilib.

Azərbaycanlı alim konqresdə “Atmosfer amilləri və radon emissiyasının dinamikası” (ATMOSPHERIC FACTORS AND THE DYNAMICS OF RADON EMISSION) sərlövhəli məqaləsi ilə çıxış edib.