2024-cü ildə Bakı şəhərində keçirilən və dünya şöhrətli Lütfi Zadənin elmi irsinə həsr olunmuş Soft Computing üzrə 9-cu Ümumdünya Konfransının (WconSC-24) məqalələr toplusu işıq üzü görüb.
Dünyanın nüfuzlu “Springer” nəşriyyatında 2026-cı ildə çapdan çıxan toplu “Soft Computing Applications. WConSC 2024. Lecture Notes in Networks and Systems” mövzusunda Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsinə həsr olunub.
Topluda Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanovun, SETM-in əməkdaşı fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin süni intellektin və robotik texniki sistemlərdə tətbiqinə həsr olunmuş “Application Fuzzy PID Controller In UAV” və “Software Of Artificial Intelligence Control System For UAV” məqalələri də yer alıb.
Bu elmi işlər 9th World Conference on Soft Computing konfransda təqdim olunmuşdu.
Toplu ilə buradan tanış ola bilərsiniz.