XƏBƏRLƏR

SETM 22 Sentyabr 2026, 11:58

SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sisteminə dövlət patenti verilib

SETM şirkətinin istehsalı olan “İldırım RP-10” sisteminə dövlət patenti verilib

Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Samir Süleymanovun, SETM-in əməkdaşı fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramovun və SETM-in strateji layihələr üzrə elmi məsləhətçisi Əməkdar mühəndis Fətəli Abdullayevin müəllifi olduğu “Radiopartladıcı kompleks”ə patent (Patent Faydalı Model F 2026 0024. U 2025 0066 (a 2024 0026). 15.02.2024) verilib.

Patent 11 sentyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb. Patent müəlliflər tərəfindən “İldrım RP-10” radiomina işlənməsi və hazırlanmasına görə verilib.

Hazırda “İldrım RP-10” radiominası Müdafiə Nazirliyinin Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.