10-13 noyabr 2025-ci il tarixlərində Vyetnamın Xanoy şəhərində “10th International Conference on Interactive Collaborative Robotics-ICR 2025” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın əsas mövzuları “idarəetmədə süni intellekt texnologiyaları”, “robototexnika” və “robot sistemlərinə nəzarət” istiqamətlərində olub.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Fətəli Abdullayev, Azad Bayramov və Samir Süleymanov “The unmanned complex of assess marksmanship performance” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzədə əsgər və zabitlərin hazırlanmasında atıcı silahlardan istifadə zamanı atəşin səmərəliliyinin və dəqiqliyinin artırılması kimi mühüm mövzuya toxunublar. Qeyd olunub ki, hərbi təlimlərdə yüzlərlə və minlərlə əsgər və zabitin iştirak etdiyini nəzərə alsaq, insan operatorunun iştirakı olmadan atəşin dəqiqliyini tez bir zamanda qiymətləndirən robot sistemlərin yaradılmasına ciddi ehtiyac var.
Məruzə kiçik silahlardan atəş üçün atıcılıq performansını qiymətləndirmək məqsədilə hazırlanmış pilotsuz robot kompleksini təqdim edir.
Məqalənin tam variantı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, konfransın materialları nüfuzlu “Şpringer” nəşriyyatında işıq üzü görüb.