XƏBƏRLƏR

SETM 07 Aprel 2026, 12:18

Professor Azad Bayramov “Fəxri Fərman”la təltif olunub

Professor Azad Bayramov “Fəxri Fərman”la təltif olunub

Aprelin 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində iclas keçirilib.

İclasda Mərkəzin “Geofiziki tədqiqatlar və süni intellekt” şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov Elmi-tədqiqat fəaliyyətinin inkişafında verdiyi mühüm töhfələrə və 2025-ci il ərzində Mərkəzin əməkdaşları arasında ən çox məqalə və tezislərin müəllifi kimi AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən “Fəxri Fərman”la təltif edilib.