“İldırım RP-10” radiokanal vasitəsilə mina və digər atımların məsafədən idarəolunma sistemi. İldırım RP-10 Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu mina və atımları məsafədən partlatmaq üçün təyinatlıdır.

İldırım RP-10 Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu mina və atımları məsafədən partlatmaq üçün təyinatlıdır. Silahlı Qüvvələrin arsenalında olan MOH-50; MOH-100; MOH-200 və sair elektrik detonatorlu minaları və atımları məsafədən partlatmaq üçün nəzərdə tutulan radio partladıcı (RP) sistemi qeyd olunan partlayıcılara qoşularaq onların idarəetmə məsafəsini kifayət qədər artırmağa imkan verir. Belə ki, RP sistem vasitəsilə real olaraq 3500m məsafədə mürəkkəb relyefi olan ərazidə və 5000m birbaşa görüntülü ərazidə döyüş tapşırığının yerinə yetirilməsi uğurla sınaqdan keçirilmişdir. RP sistemi 1 idarəetmə pultu və 10 ədəd partladıcıdan ibarət olmaqla 140-170 MHz tezlik diapazonunda 3.7 v akummlyator batareyası ilə minimumm 7 gün işləmək imkanlarına malikdir. Hər bir RP sistemi 1 tezlik diapazonu və individual kodlaşma ilə proqramlaşdırılmışdır ki, bu da 1 idarəetmə pultu vasitəsilə yalnız ona məxsus 10 partladıcını idarəetməyə imkan verməklə yanaşı kənar müdaxilənin də qarşısını alır. Partladıcıları tək-tək, qrupla və ya hamısını birlikdə partlamaq mümkündür.
