XƏBƏRLƏR

Yeniliklər 14 Aprel 2025, 10:07

Professor Rafiq Əliyevin Bakı konfransı keçiriləcək

Professor Rafiq Əliyevin Bakı konfransı keçiriləcək

Dünyaca məşhur nüfuzlu azərbaycanlı alim, Lütfi Zadənin tələbəsi, ABŞ-nin Corciya Dövlət Universitetinin professoru, BA (BBA, MBA, ZU) proqramlarının direktoru, kitabları 100 ən yaxşı universitetin dərs vəsaiti kimi istifadə edilən, texnika elmləri doktoru, prof., AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Sosium”un təşkilatçılığıyla Bakıda konfransı baş tutacaq.

10 may 2025-ci il tarixində saat 19:00-da keçiriləcək tədbir “Süni intellektin emosiyaları” mövzusuna həsr olunub. Tədbir Lütfi Zadənin əziz xatirəsinə ithaf olunur.

Ünvan: Avropa Azərbaycan Məktəbi (Badamdar).

Qeydiyyat: 099-774-64-09 (Whatsapp)