Azərbaycanın Qusar şəhərindən olan və beynində kalkulyator sürətilə hesablama aparmağı bacaran 2011-ci il təvəllüdlü Ruslan Səfərov istedadı ilə yaşıdlarını qabaqlayır və hər kəsi heyrətləndirir. Bir neçə il əvvəl atası YouTube-da hələ o zaman 6 yaşı olan Ruslan Səfərovun riyazi bacarığı ilə bağlı video yerləşdirib və bu video istedadlı bir oğlanın həyatını tamamilə dəyişib.
Ruslan hələ məktəbə getmədən erkən yaşlarından asanlıqla kökaltı və faiz məsələlərini həll edib: “4 yaşımda mən artıq bölmə məsələlərini, eləcə də daha mürəkkəb nümunələri həll edirdim, 5 yaşımda isə kublar və köklərin çıxarılmasını əhatə edən tənlikləri həll edirdim”.
Ruslanın atası Fuad Səfərov onunla erkən yaşlarından ciddi məşğul olub: “Sadəcə, oğlumla çox erkən yaşlarından məşğul olmuşam. O, lap balaca olan zamandan çarpayısının yanında hərfləri və rəqəmləri asmışdıq”.
Ruslan 6 yaşı olanda Rusiyanın “Rossiya1” telekanalında “Qəribə adamlar” verilişinin ulduzuna çevrilib.
Hazırda isə LANDAU məktəbində təhsil alır və 2021-ci ildə Sinqapur Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb, 2022-ci ildə isə iki qızıl medal qazanıb.