XƏBƏRLƏR

Yeniliklər 04 Oktyabr 2024, 12:21

Müdafiə naziri Zakir Həsənov “TEKNOFEST 2024” festivalında iştirak edəcək

Müdafiə naziri Zakir Həsənov “TEKNOFEST 2024” festivalında iştirak edəcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.