İkinci Qarabağ Müharibəsinin ilk günündən Azərbaycan və Türkiyə bir yerdə idi.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Prezidentinin və xalqının mənəvi dəstəyi Azərbaycanı daha da irəli apardı.
“Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki ölkələrimiz üçün, dünya miqyasında önəmli faktordur. Qarabağ məsələsində də biz əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik, savaşın ilk günündən bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Prezidentinin bizə göstərdiyi siyasi, mənəvi dəstək, Türkiyənin xalqının bizimlə bərabər olması gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik, bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsiz yaşayır”, - dövlət başçısı vurğulayıb.