XƏBƏRLƏR

Yeniliklər 23 İyun 2025, 13:12

“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib

“Qeyri-səlis iqtisadiyyat modelləri” kitabı nəşr edilib

İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının (RACEF) Kitabxanası “Akademik İrs. Barselona humanist iqtisadiyyat məktəbinə töhfə” adlı yeni kolleksiyasında müvafiq akademiklərin və Barselona İqtisadi Şəbəkəsinin üzvlərinin iştirak etdiyi ilk kitabı nəşr edib.

“Qeyri-səlis iqtisadiyyat modelləri” adlı kitab Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru professor Qorxmaz İmanov tərəfindən hazırlanıb.