Türkiyənin müdafiə sənayesinin istehsalı olan TAYFUN BLOK-4 adlı ilk hipersəsli ballistik raket rəsmi olaraq təqdim olunub. Raket İstanbulda keçirilən "IDEF 2025" – 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində nümayiş etdirilib.
Raket ROKETSAN şirkəti tərəfindən hazırlanıb və Türkiyənin indiyədək istehsal etdiyi ən uzun mənzilli raket sistemidir.
TAYFUN BLOK-4 raketinin əsas texniki göstəriciləri:
Uçuş məsafəsi: 3 000 kilometr
Tip: Hipersəsli ballistik raketRaket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri, eləcə də digər strateji hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.
Bu raket sistemi Türkiyənin milli müdafiə qabiliyyətini gücləndirən ən önəmli layihələrdən biri kimi qiymətləndirilir.