XƏBƏRLƏR

Yeniliklər 09 Avqust 2025, 12:09

ABŞ ilə maneəsiz hərbi əməkdaşlıq dönəmi başlayır

ABŞ ilə maneəsiz hərbi əməkdaşlıq dönəmi başlayır

ABŞ Azərbaycanla hərbi sahədə əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırır. 

Bunu Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin və  Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz həmçinin Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırırıq”, - deyə Tramp bildirib.