XƏBƏRLƏR

Yeniliklər 31 Avqust 2025, 20:08

Azərbaycan zabitləri Türkiyə hərbi məktəblərindən məzun olublar

Azərbaycan zabitləri Türkiyə hərbi məktəblərindən məzun olublar

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.

Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.

Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.