Türkiyənin daxili təhlükəsizlik sahəsində ən genişmiqyaslı tədbirlərindən biri olan Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisi (İGEF) 2025-ci il sentyabrın 18-20-də Ankarada keçiriləcək.
Sərgi üçün ziyarətçi qeydiyyatları başlayıb. İGEF-25 çərçivəsində hər cür təhlükəsizlik texnologiyaları və avadanlıqları, silah sənayesinin əlaqəli sahələri, dövlət və özəl sektor təmsilçiləri beynəlxalq platformada bir araya gələcək.
Tədbir zamanı son texnologiya məhsullar, yeni nəsil təhlükəsizlik həlləri və sektor inkişafları iştirakçılara təqdim ediləcək.Türkiyə Daxili İşlər Nazirliyinin himayəsi ilə keçiriləcək sərgi Müdafiə Sənayesi Komitəsi, Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi (EGM), Jandarma Baş Komandanlığı (JGK), Sahil Təhlükəsizlik Komandanlığı (SG), AFAD, Köç İdarəsi Başkanlığı (GİB), KOSGEB, Türk Polis Təşkilatını Gücləndirmə Fondu (TPTGV), Jandarma Asayiş Fondu (JAV) və SİSİAD-ın dəstəyi ilə təşkil olunur.Sərgi çərçivəsində xaricdən yüksək səviyyəli polis və təhlükəsizlik nümayəndələri, bürokratlar və sektor təmsilçiləri daxili təhlükəsizlik sahəsində mühüm inkişafları müzakirə edəcəklər.
Bundan başqa, yeni məhsullar, xidmətlər və texnologiyalar tanıdılaraq, beynəlxalq əməkdaşlıq şəbəkələri qurulacaq.
Ziyarətçi qeydiyyatı etdirmək istəyənlər İGEF 2025-in rəsmi veb saytı vasitəsilə müraciət edə biləcəklər.