XƏBƏRLƏR

Yeniliklər 17 Sentyabr 2025, 10:13

Türkiyə müdafiə sənayesinin yeni səhnəsi: Dəniz aviasiyası

Türkiyə müdafiə sənayesinin yeni səhnəsi: Dəniz aviasiyası

Türkiyə müdafiə sənayesinin son dövrlərdəki diqqətçəkən addımlarından biri də dəniz və hava vasitələrini daha koordinasiyalı şəkildə istifadə edə biləcəyi yeni bir gələcəyi inşa etməsidir. Əlbəttə, bu məqamda yeni dəniz və hava platformaları ön plana çıxır. Mütəxəssislər Ankaranın yaxın gələcəkdə əlini daha da gücləndirəcəyini düşünür.

Ötən günlərdə tamamlanan “TEKNOFEST Mavi Vatan” ilə bir məqam daha da aydın oldu: Türkiyə yaxın gələcəkdə xüsusilə dəniz və hava vasitələrini daha çox istifadə edəcəyi yeni bir dövrə hazırlaşır.

Əlbəttə, bu məqamda TCG “Anadolu” və onun üzərində daşıyacağı pilotlu/pilotsuz hava platformaları ilk ağıla gələn yenilikdir, amma tək nümunə bu deyil. Milli Aviadaşıyıcı Gəmi, daha inkişaf etmiş imkanlara sahib yeni model Pilotsuz Uçuş Aparatları (PUA) və Türkiyənin öz imkanları ilə istehsal etdiyi yerli/milli helikopterləri də əlavə etdikdə, dəniz aviasiyası baxımından yaxın gələcək üçün olduqca güclü bir mənzərə ortaya çıxır.

Donanmanın yeni dövründə ən kritik vasitələrdən biri də TCG “Anadolu”-TB-3 inteqrasiyası olacaq.

TB-3, “Kızılelma”, “Anka” və digərləri…

Dünyada qısa uçuş-enmə zolağına sahib bir gəmiyə enmə-qalxma edə bilən ilk PUA “Bayraktar” TB-3 yeni dövrün əsas oyunçularından biri olacaq. Amma bəlkə də əsas mərhələ TUSAŞ istehsalı olan “Anka-3” ilə “Bayraktar” tərəfindən hazırlanan “Kızılelma”nın da Milli Aviadaşıyıcı Gəmiyə inteqrasiya edilməsi ilə başlayacaq.Bu nöqtədə “Kızılelma” üçün ayrıca qeyd aparaq və Selçuk Bayraktarın “Kızılelma” da TCG “Anadolu”ya enib qalxa biləcək” sözlərini xatırladaq.

Yeni dövrdə insansız sistemlər əsas rolda olacaq kimi görünsə də, helikopterlər üçün də Ankaranın fərqli addımları olacaq. Bu çərçivədə TUSAŞ-a verilən 57 ədəd “Gökbey” sifarişini də unutmamaq lazımdır. Bu sifarişlərin bir hissəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin sərəncamına veriləcək.

Bütün bunları nəzərə aldıqda, yaxın gələcəkdə Türkiy Hərbi Dəniz Qüvvələrinin əlində əhəmiyyətli bir hava gücü olacaq.

“Bu bir iradə nümayişidir və çox dəyərlidir”

Müdafiə və dənizçilik üzrə mütəxəssis Kozan Selçuk Erkan yuxarıda ümumi xətlərlə izah edilən prosesi bir növ “işarə fişehi” kimi şərh edir.

Türkiyənin əslində uzun illərdir dəniz aviasiyası sahəsində mühüm işlərə imza atdığını və bölgədə bu gücdən ən yaxşı istifadə edən ölkələrdən biri olduğunu xatırladır.

Son illərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin daha geniş bir ərazidə fəaliyyət göstərdiyinə diqqət çəkən Erkan bu səbəbdən xüsusilə fırlanan qanadlı platformaların sayının artıq az göründüyünə işarə edir.

Dəniz patrul təyyarələri ilə yanaşı pilotlu və pilotsuz helikopterlərin sayını artırmaq lazım olduğunu vurğulayan Erkan sözlərini belə tamamlayır:

“Bilindiyi kimi, gəmi sayımız da getdikcə artır. Bunlarla birlikdə istifadə edəcəyimiz hava platformaları üçün də sürətlə irəliləmək vacibdir. Aydındır ki, Ankara bu mövzuda bir yol xəritəsinə sahibdir. Ümid edirəm ki, yaxın zamanda dəniz platformaları üçün istifadə edəcəyimiz hava vasitələrinin sayı daha da artar.

Yaxın gələcəkdə dəniz hava vasitələrimizi həm “Mavi Vətən”in dörd bir tərəfində, həm də ehtiyac duyulan digər nöqtələrdə daha tez-tez görəcəyimizi düşünürəm. Əlbəttə, bütün bu prosesin bir də iqtisadi tərəfi olduğunu və bu cür işlərin ciddi büdcələr tələb etdiyini də unutmayaq”.