Azərbaycanın 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında öz əksini tapıb.
Bildirilib ki, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21% olacaq.
Qeyd edək ki, bu göstərici funksional təsnifat üzrə büdcə xərclərinin ən böyük hissəsini təşkil edir və 2025-ci illə müqayisədə 3.8 faiz çoxdur.