XƏBƏRLƏR

Yeniliklər 22 Sentyabr 2025, 13:41

Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.