XƏBƏRLƏR

Yeniliklər 18 Oktyabr 2025, 16:42

Milli Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Milli Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Milli Aviasiya Akademiyası (MAA) ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənəd MAA-nın rektoru akademik Arif Paşayev və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz tərəfindən imzalanıb.

Memorandum elm, təhsil, tədqiqat və istehsal sahələrində qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, tələbələrin və akademik heyətin iştirakı ilə təlimlərin təşkilini, ixtisasartırma və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Tədbir çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri, Tələbə yaradıcılıq evi, eləcə də Texnoritm mərkəzi ilə tanış olublar. Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik mübadiləsinin genişləndirilməsinə, innovativ layihələrin reallaşdırılmasına, mütəxəssis hazırlığı proqramlarının təkmilləşdirilməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.