XƏBƏRLƏR

Yeniliklər 07 Noyabr 2025, 21:44

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:                        

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” ali hərbi rütbəsi

 general-mayor Kənan Əlihüseyn oğlu Seyidova

general-mayor Ağamir Əzizxan oğlu Sultanova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə

polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə

polkovnik Anar Tofiq oğlu Hüseynova

polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova

 “kontr-admiral” ali hərbi rütbəsi

1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2025-ci il.